Günümüzdə Google dünyanın ən böyük (search engine) axtarış sistemidir. Gəlin Google şirkətinin yaranma tarixinə baxaq.
Google şirkəti Stendford Universitetinin 2 şagirdi Larri Peyc və Serqey Brin tərəfindən yaradılmışdır. Google yaranma ərəfəsində Larrinin 22 Seryqeyin isə 21 yaşı var idi. Onlar ilk dəfə 1995ci ildə qarşılaşırlar. Bir neçə uğurlu proyektlərdən sonra bilikdə BackRub adlı bir axtarış sistemi üzərində işləməyə başladılar. Bunu da deyək ki həmin vaxtı bazarda artıq 13 axtarış sistemi fəaliyyət göstərirdi. Amma onlardan heç biri axtarış funksiyasını düzgün yerinə yetirmirdi. Amma BackRub-ın alqoritmi onlardan fərqlənirdi. Bu alqoritm vasitəsi ilə bütün veb saytlarının sıralamasını hazırladılar. Qısaca desək, hansı veb səhifərə daha çox giriş olurdusa həmin səhifələr ön sıralarda görünürdü.
Sonrakı bir ildə Peyc və Brin diqqətlərini veb saytların analizinə yönəltdilər. Bununla axtarış sisteminin alqoritmini daha da yaxşılaşdırırlar. Alınan nəticə onları Standford Universitetində məhşur edir.
Amma sistemin fasiləsiz və qüsursuz işləməsi üçün böyük məlumat bazasına ehtiyyac var idi. Brin və Peyc öz pulları ilə leqo və hard disklərdən kiçik məlumat bazası hazırladılar. Məlumat bazasını Standfordun yataqxanasında, Larri Peycin otağında hazırladılar.
Nəhayət, 1997ci ildə axtarış motoru artıq bütün Standford Universiteti tərəfindən istifadə olunurdu.
Google sözü Googol sözündən əmələ gəlir və 10¹⁰⁰ mənasına gəlir. Asan dildə desək, 1 və 100 ədəd 0.
Və nəhayət, 4 sentyabr 1998ci ildə BackRub sistemini Google inc. adına dəyişdilər.
Peşəkar dizayner ilə iş birliyi etməyə imkanları olmadığına görə Brin Google-un əsas səhifəsini özü hazırladı. Ağ fonda olan rəngli Google yazısı və reklamsız səhifə istifadəçilərin rəğbətini qazanır. Buna səbəb digər axtarış səhifələrinin həddindən artıq reklamlı olması idi. Bu da əsas funkiyalarının arxada qalmasına səbəb olurdu.
Amma işin pis tərıfi o idi ki, Google-da heç reklam olmadığına görə demək olar ki şirkətin heç qazancı yox idi. Çox vaxt keçmədən Larry ilə Brin Google axtarış sistemini Altavista şirkətinə cəmi 1 milyon dollara satmaq qərarına gəlir. Görüşdən sonra Altavista şirkəti
Google axtarış sistemini almaqdan imtina edir. Onların imtina səbəbi Google axtarış sistemi heç bir üstünlüyü olmamağı idi.
1998ci il günlərin birində Sun MicroSystems şirkətinin yaradıcısı Endi Bextolşeym Brin və Peyc ilə görüşüb onların Google axtarış sistemlərinə 100.000 dollar sərmayə yatırmaq istəyini bildirdi. Uzun müzakirələrdən sonra onlar ikitərəfli razılığa gəldilər.
Yaxın bir zamanda Larri Peyc və Serqey Brin Universitetdən məzuniyyətə çıxaraq Google şirkətinin ilk ofisini Kaliforniya ştatında Syuzen Vodjitskinin evində açırlar.
Ofisin interyeri ağır və böyük kompyüterlərdən, bir masaüstü tennis və rəngbərəng xalçalardan ibarət idi. Google ofisinin rəng adəti hələ də davam edir.
Onu da qeyd edək ki, həmin vaxtlar Birləşmiş Ştatlarda istənilən veb layihəsinə sərmayə tapmaq çətin deyildi. Buna görə də, 7 iyun 1999-cu ildə Con Derr və Maykl Moris ümumi 25 milyon dollar sərmayə yatırmaq qərarına gəlirlər.
Artıq 2000ci ildə gün ərzində 20 milyon axtarış edən Google dünyanın ən çox istifadə olunan axtarıq sisteminə çevrildi.
Reklam mövzusuna gəldikdə, şirkət yaradıcıları reklama bir tərəfli baxmırdılar. Onlar hətta başa düşürdülər ki, reklam bəzi istifadəçilərə lazımlı və faydalıdır. Çox keçmədən Peyc və Brin bu problemin həllini Bill Qros adlı birinə məxsus yeni ideyaların inkişafi ilə məşğul olan Idealab şirkətində tapırlar. Həmin ideanın üstünlüyü isə axtarış sorğusunun əsasında sistemin sizə həmin mövzuya uyğun reklamın göstərilməsi idi. Yaxın zamanda, Peyc və Brin Bill Qros ilə görüşərək həmin sistemin alınması haqqında müzakirəyə başladılar. Gərgin görüşdən sonra tərəflər razılığa gələ bilmir. Lakin, bunlara baxmayaraq 2000ci ilin oktyabr ayında Google şirkəti reklam ideasını öz axtarış sisteminə əlavə edir. Demək olar ki, dərhal şirkət öz birinci pullarını qazanır. 2001-ci ili 7 milyon dollar gəlir ilə başa vurur. Bill Qross müəllif hüquqlarının pozulması ilə Google Şirkətini məhkəməyə verir. Nəticədə, tərəfər məhkəmədənkənar razılığa gəlir. Zərərçəkmiş tərəfin hesabına bir neçə min Google aksiyaları köçürülür.
19 avqust 2004cü ildə Nasdaq birjasında Google qiymətli kağızlarının ilkin ictimai yerləştirilməsi baş tutur, birinci ticarət günündə 100 dollar dəyərində olan Google askiyaları günümüzdə 1469 dollara yüksəlib. Korporasiya 13 il ərzində 105 şirkəti almaq ilə yadda qalır.
Onların içinə 2005ci ildə 50 milyon dollara alınan Android əməliyyat sistemi də daxildir. Bu gün dünyanın 88% faiz bütün smartfonları məhz həmin sistemin köməyi ilə çalışır.
Onu da qeyd edək ki, Android öncədən rəqəmsal kameralar üçün icad olunmuşdu.
10 dekabr 2006cı il tarixində 1 milyard 650 milyon dollara Youtube platforması alınır. Günümüzdə Youtube Googledan sonra dünyanın ən çox istifadə olunan axtarış sistemi sayılır. 2013cü ildə Youtube-un gəliri 4.7 milyard dollar təşkil edib.
Həmin ildən sonra Google yönünü robot texnologiyası ilə məşğul olan şirkətlərə çevirib.
Onlardan biri 10 dekabr tarixində alınan Boston Dynamics kompaniyasıdır. Bu kompaniya günümüzün ən qabaqcıl robototexnika şirkətlərindən sayılır.
2017ci ildə Google Boston Dynamics şirkətini Yaponiyanın Softbank media və investisiya kompaniyasına satır. Ümumiyyətlə Google orta hesabla müxtəlif icadlar ilə məşğul olan 40-a yaxın şirkət alır.
2015ci ildə Google Alphabet konqlomeratına reorqanizasiya olur. Bir sözlə desək Google-a məxsus olan bütün şirkətlər Alphabet holdinqində bir araya gətirilir. Və 20 il əvvəl heç kəs 1 milyona almaq istəmədiyi şirkətin bugünki dəyəri 167 milyard dollardır. Xidmətləri isə internetin 40%-ni təşkil edir. 2019cu ildə 46 yaşlı Larry Page dünyanın ən varlı insanları sırada 52 milyard dollarla 10-cu yerdə, 45 yaşlı Serqey Brin isə - 51.1 milyard dollar sərvəti ilə 14-cü sırada yer alır.
Comentarios