top of page
Writer's pictureFexri Axmedov

Asus ROG Strix RTX 3080 Ti dizaynı sızdırıldı

Bildiyiniz kimi ASUS Kopyuter sahəsində dünya nəhənglərindən biridir. ROG, TUF, kimi seriyaları olan ASUS'un üst səviyə seriyası olan, ROG'un (REPUBLIC OF GAMERS) üst səviyə ekran kartı sızdırıldı.


Bildiyiniz kimi yaxın zamanda Nvidia'nın Ampere mimarisi təqdim olunacaq, buda Texnologiya maraqlısı olanları maraqlandırır, Nvidia buna hazırlanır, ASUS kimi 3'cü partiya tərəfdaşlar RTX 3000 seriyası ekran kartları üçün özünə məxsus dizayınlar hazırlamaya başladılar.


Bu mövzuda qarşımıza çıxan ilk ekran kartı ASUS ROG Strix GeForce RTX 3080 Ti modeli oldu. Özəl dizayn ASUS təqdimatlarından alındığı bildirildi. Görsəlin başlığı, yeni nəsil ROG Strix olaraq qeyd edildi və ASUS'un ÜST səviyə kartlar üçün hazırlanmış olduğu Soyutma dizaynına bir işarət oldu.



Bu görsəl haqqında maraqlı olan şey. Keçtiyimiz axırıncı həhtələrdə bir çox söyləntidə eşitdiyimiz RTX 3090 olmaması, və RTX 3080 Tİ modelinə ait olduğu iddia edilməsi oldu.



ASUS, OLED ekran kimi bəzi əlavə xüsusiyyətlərə də investisiya edə bilər. Kartın yan tərəfində böyük bir LED panelin bağlandığı nəzərə çarpır. RTX 3080 Ti modelinin texniki xüsusiyyətləri və satış tarixi, qiyməti kimi əlavə məlumatlar verilmədi. Ancaq yeni RTX 3000 seriyası üçün xüsusi dizaynlar qurulursa, bu seriyanı tezliklə görməkə bilərik deməktir.


Bildiyiniz kimi ASUS GTX seriyasından RTX seriyasına keçərkən kartın dizaynında çox dəyişiklik etməmişdi. Gördüyümüzə görə RTX 3000 seriyasında dizaynı dəyişir. Üç eksenel fan və şassi altında nəhəng bir soyuducu ilə gələn daha aqressiv bir görünüş ilə olduqca təsir edici görünür.


Şayiələrin çoxu Ampere istehlakçı seriyasının yuxarı hissəsini təşkil edəcək üç qrafik kartı haqqında danışırdı. Bunlara GeForce RTX 3080, GeForce RTX 3090 və yeni bir RTX Titan qrafik kartı daxil idi. Bu səbəbdən ortada GPU qarışıqlığı var. Son GPU'ları görmək üçün bir az daha gözləməli olacağıq. Yeni ASUS ROG Strix haqqda siz nə düşünürsünüz, cavablarınızı aşağıya yorumlara bıraxmayı unutmayın.






15 views0 comments

Recent Posts

See All

Comments


bottom of page